Sahibkarlarımız beynəlxalq foruma dəvət alıblar

"Udmurtiyada Biznes Körpü" beynəlxalq biznes forumu təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, biznes forum oktyabrın 14-17–də Rusiya Federasiyası Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində baş tutacaq.

"Udmurtiyada Biznes Körpü" beynəlxalq biznes forumu həmin Udmurtiya hökumətinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Mərkəzi Avropa, Çin, Belarus, Qazaxıstan kimi ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Forumda iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və işgüzar dairələr Azpromo-ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə