Yeni avtomobil yolunun tikintisi davam edir FOTO

Yeni avtomobil yolunun tikintisi davam edir FOTO

"I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü ətrafında yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev.

Onun sözlərinə görə, layihəyə uyğun olaraq 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, 1 piyada körpüsü və 1piyada tuneli nəzərdə tutulub: "Layihə çərçivəsində nəzərdə tutulan 2 tunel və 3 körpü vasitəsilə yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa hərəkətini təmin etmək və stadion ərazisində salınan dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaratmaq mümkün olacaqdır. Tikintisi davam etdirilən 1 piyada körpüsü və 1 piyada tuneli isə Koroğlu metro stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuşdur. Sözügedən bütün layihələrin icrasının 2015-ci ilin mart ayının sonunadək başa çatdırılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə