Paytaxtda daha bir yeraltı piyada keçidi tikilir

Paytaxtda daha bir yeraltı piyada keçidi tikilir

Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirmişdir ki, keçidin uzunluğu 90, eni 4,7, hündürlüyü isə 3 metrdir. Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə