Sürücülərə XƏBƏRDARLIQ

Beynəlxalq Hava Limanına gedən yol bağlandı. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:00-dan etibarən, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.

Təmir işləri "Azəryolservis" ASC tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə