Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "Abşeron Qazma Şirkəti"nin (AQŞ) birgə müəssisəsi olan "SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ərəfəsində müəssisə ilə yaxından əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün neft-qaz sənayesinə dair maarifləndirici təlim keçirəcəkdir.
MMC-nin mətbuat xidmətindən bildirmişlər ki, təlimin əsas məqsədi neft-qaz sənayesi ilə bağlı xəbər və təhlillər hazırlayan milli mətbuat orqanlarının əməkdaşlarına bu istiqamətdə ilkin texniki biliklərin verilməsi və qazma sənayesi haqqında qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
Tədbirdə, həmçinin müəssisənin peşəkar mütəxəssis və mühəndisləri tərəfindən sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi, geoloji işlərin aparılması, müasir neft və qaz quyularının qazılması əməliyyatları haqqında təqdimatlar keçiriləcəkdir.
"SOCAR-AQŞ" MMC tərəfindən belə tədbirlərin keçirilməsi bu sahə üzrə fəaliyyət göstərən jurnalistlərin gələcək fəaliyyətlərinə böyük kömək göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB