Gəncədə elektrik avadanlığının istismarı və təmiri sahəsində işlər aparılır
"Gəncə" Regional Elektrik Şəbəkəsi Müəssisəsində qarşıya qoyulmuş vəzifələr ardıcıllıqla icra edilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında müəssisə üzrə 35, 110, 330 və 500 kilovoltluq (kV) hava elektrik verilişi xətlərində zəruri tədbirlər görülüb. Elektrik avadanlığının istismarı və təmiri sahəsində də işlər qaydasındadır.
Bu dövrdə 35 kV-lik "Alabaşlı-dartıcı" və "Şəmkir-2" yarımstansiyalarında da yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən hava xətlərinin yağ açarları vakuum açarlarla əvəz olunub. Eyni zamanda 110 kV-lik "İstilik Kombinatı", "Poylu", "Maşınqayırma" və digər bir neçə yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri aparılıb.
Qeyd edək ki, analoji işlər müxtəlif yarımstansiyalarda davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB