Füzuli rayonunda daha bir kənd yolu istifadəyə verilib

Füzuli rayonunda daha bir kənd yolu istifadəyə verilib

Füzuli rayonunun Mirzənağılı-Əhmədalılar-Arayatılı-Kərimbəyli-Qarabağ-Şükürbəyli kəndlərini birləşdirən avtomobil yolunun Birinci Mahmudlu kəndindən keçən iki kilometrlik hissəsi yenidən qurularaq istifadəyə verilib. SİA-nın məlumatına görə, bu münasibətlə rayon rəhbərliyinin, ictimaiyyətin və kənd sakinlərinin iştirakı ilə mərasim keçirilib. Mərasimdə çıxış edənlər son illərdə rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışıblar. Bildirilib ki, yolun eni 6 metr, asfalt örtüyünün qalınlığı 10 santimetrdir. Hazırda ümumi uzunluğu 32,6 kilometr olan yolun digər hissəsində işlər davam etdirilir.

Qeyd edək ki, mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə