Polad Bülbüloğlu: “Azərbaycan və Rusiya arasında əlaqələr ilbəil genişlənir”

Polad Bülbüloğlu: “Azərbaycan və Rusiya arasında əlaqələr ilbəil genişlənir”

"Azərbaycan və Rusiyanı strateji dostluq əlaqələri birləşdirir". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri strateji xarakter daşıyır və ilbəil genişlənir: "Rusiya dünyanın siyasi və mədəni mərkəzlərindən biridir".

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Azərbaycan Rusiya üçün dost və olduqca önəmli ölkədir: " Azərbaycanla bir çox bağlı tellərimiz var. Məhz buna görə, Azərbaycan Rusiya üçün dost və olduqca önəmli ölkədir. Artıq Rusiya regionları bilir ki, Azərbaycanla əməkdaşlıq etmək və bu ölkə üzrə əməkdaşlığı genişləndirmək Rusiyada yeni iş yerlərinin açılmasına və regionların inkişafına səbəb olacaq".

Forumun əhəmiyyətinə toxunan səfir vurğulayıb ki, bu cür forumların keçirilməsi iki ölkənin bundan sonrakı dostluq və əməkdaşlıq münasibətlərinə müsbət təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə