Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlıq müzakirəsi aparılıb
İyunun 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Aleksandr Fomin və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Anatoli İsaykin ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Zakir Həsənov iki ölkə arasında hərbi sahədə mövcud əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd etmiş, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulamışdır.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu bildirmişdir.
Qonaqlar Azərbaycan ilə Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olduğunu diqqətə çatdırmışlar.
Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB