İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlamışdır. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enmişdir.
Məlumatda, həmçinin bildirilir ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artmışdır. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB