Nəqliyyat Nazirliyi və İsveçrənin "Stadler" şirkəti çərşənbə günü Bakıda yeni dəmiryol sərnişin vaqonlarının alqı-satqısı haqqında saziş imzalayacaqlar. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
Onun sözlərinə görə, saziş ölkəyə 30 yeni dəmiryol sərnişin vaqonlarının satışını nəzərdə tutur: "Yeni vaqonların alınması 2009-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu il Dövlət Proqramının reallaşdırılması müddəti başa çatır. Lakin buna baxmayaraq, hazırda yeni Dövlət Proqramının hazırlanması üzrə iş gedir, onun da beş illik olacağı ehtimal edilir. Yeni sərnişin vaqonlarından 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra istifadə olunacaq. İşçi tərkibdə dəmiryol magistralının işə salınması isə bu ilin sonuna nəzərdə tutulub".
N. Həsənov onu da əlavə edib ki, layihə çərçivəsində işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində başa çatma mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB