Kənd təsərrüfatına dair elektronlaşdırılan xidmətlərin yeni siyahısı
Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi daha 3 elektron xidmət "Elektron hökumət" portalı üzərindən təqdim olunacaq. SİA-nın xəbərinə görə, portala "Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi üçün müraciət və sənədlərin qəbulu", "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciət və sənədlərin qəbulu" və "Bitki və bitkiçilık məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu" elektron xidmətləri inteqrasiya edilib.
Bununla da "Elektron hökumət" portalında kənd təsərrüfatı sahəsi üzrə istifadədə olan xidmətlərin sayı 19-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB