TANAP 2018-ci ildə istismara veriləcək

TANAP 2018-ci ildə istismara veriləcək

Azərbaycan qazının Türkiyə ərazisindən Avropa sərhədinə qədər nəqlinin təmin edəcək Trans-Anadolu qaz kəməri (TANAP) 2018-ci ilin ortalarında istismara veriləcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz konfransında deyib.

Onun sözlərinə görə, tam layihə gücü 31 milyard kubmetr olan qaz kəməri artıq 2026-cı ildə tam gücü ilə işə düşəcək.

"Şahdəniz" yatağından qaz hasilatına gəlincə, ARDNŞ-nin birinci vitse-prezidenti bildirib ki, bu il iyunun birinə olan vəziyyətə görə, yataqdan 52 milyard kubmetrə yaxın qaz və 13,5 milyon ton kondensat hasil olunub: "İyunun 1-dək yataqdan hasil olunan 28 milyard kubmetr həcmində qaz Türkiyəyə, eləcə də 3,9 milyard kubmetr həcmində Gürcüstana ixrac edilib. TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisindən Avropa ilə sərhədədək çatdırılmasını nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə