Nazir: “Azərbaycan heç bir ittifaqa daxil olmağı nəzərdən keçirmir”

Nazir: “Azərbaycan heç bir ittifaqa daxil olmağı nəzərdən keçirmir”

"Azərbaycan heç bir ittifaqa, o cümlədən Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmir". SİA-nın xəbərinə görə, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problemin olmadığını dilə gətirən nazirin vurğulayıb ki, Azərbaycan sözügedən birliklərə daxil olmağı lazım bilmir: "Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur. Azərbaycan hazırki vəziyyətindən razıdır və heç bir ittifaqa daxil olmaq haqqında düşünmür. Bu, Azərbaycan üçün rahat, normal rejimdir".

Bütün xəbərlər Facebook səhifəmizdə