“Azerspace-1” üzərindən yayımlanan kanalların sayı 81-ə çatıb

“Azerspace-1” üzərindən yayımlanan kanalların sayı 81-ə çatıb

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" üzərindən yayımlanan televiziya kanallarının sayı artıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda peyk vasitəsi ilə 81 televiziya kanalı və eləcə də 16 radio izləyicilərə təqdim olunur.

Qeyd edək ki, "Azerspace-1" telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə