Bakıda 3 yol bağlı olacaq

Bu gün saat 11:00-dan etibarən Hüseyn Seyidzadə və Cavadxan küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu SİA-ya "Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bu, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.

Eləcə də bu gün saat 22:00-da isə tam məhdudlaşdırılmaqla Afiyəddin Cəlilov küçəsində xətlənmə işləri aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə