Qiymətli kağızların elektron qeydiyyatı haqqında təqdimat olub

Qiymətli kağızların elektron qeydiyyatı haqqında təqdimat olub

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanın icrası ilə əlaqədar, göstərilən xidmətlərin elektron formada təqdim edilməsi, eləcə də "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı ilə nəzərdə tutulan qiymətli kağızların elektron qeydiyyatı haqqında maarifləndirici təqdimat keçirilib. QKDK-dan SİA-ya verilən xəbərə görə, seminarda komitə əməkdaşları tərəfindən İnvestisiya qiymətli kağızlarının elektron formada dövlət qeydiyyatı qaydaları, Elektron qeydiyyatın üstünlükləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.

Seminarda 54 təşkilatının nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə