Brent markalı neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,87 dollar bahalaşaraq 1 barelə görə 101,50 dollar təşkil edib.

SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar artaraq 110,44 dollar olub.

Dünya bazarlarında neftin qiymətinin fərqli olmasına səbəb ABŞ-ın enerji ehtiyatları ilə bağlı açıqladığı statistika olub.

Qərb analitikləri həmçinin bunu Ukrayna daxilində müşahidə olunan qeyri-stabil vəziyyətlə əlaqələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə