Bu gecə mərkəzi yollardan biri bağlı olacaq

Bu gecə mərkəzi yollardan biri bağlı olacaq

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verilib.

Onun sözlərinə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İnşaatçılar prospektinin A. Bakıxanov və İzmir küçələri ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə