Elmar Rüstəmov: “İlin sonuna kimi aşağı inflyasiya proqnozlaşdırılır”

Elmar Rüstəmov: “İlin sonuna kimi aşağı inflyasiya proqnozlaşdırılır”

"Ölkədə çox yüksək makroiqtisadi sabitlik hökm sürür". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə,ölkədə inflyasiya tarixi olaraq ən aşağı səviyyədədir: "Rübün yekunlarına görə də biz 2 faizlik inflyasiyaya nail ola bilmişik. Mərkəzi Bank ölkədə faiz dərəcələrinin aşağı salınması siyasətini də həyata keçirir. Məhz bazara belə siqnal ötürülür ki, ilin sonuna kimi davamlı makroiqtisadi sabitlik, aşağı inflyasiya proqnozlaşdırılır. Bazara göndərilən bu mesaj onunla əlaqədardır ki, faiz dərəcələri aşağı salınmalıdır. Faiz dərəcələri elə səviyyəyə salınmalıdır həm əhali, həm də biznes üçün əhəmiyyətli olsun".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə