“Mərkəzi Bank "Bank of Azerbaijan"ın sahibləri ilə danışıqlar aparır” AÇIQLAMA

“Mərkəzi Bank "Bank of Azerbaijan"ın sahibləri ilə danışıqlar aparır” AÇIQLAMA

"Bank of Azerbaijan"ın müvəqqəti likvidlik problemi var. SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov "Bank of Azerbaijan"-da yaranan problemlərlə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

Bankdan olan problemlərdən xəbardar olduğunu deyən Elman Rüstəmovun sözlərinə görə, hazırda bank sahibləri ilə danışıqlar aparılır: "Sözügedən bankdakı problemlərdən xəbərdarıq. Mərkəzi Bank "Bank of Azerbaijan"ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Biz ümid edirik ki, bu danışıqlar müvəffəqiyyətli olacaq".

Xatırladaq ki, mətbuatda "Bank of Azerbaijan" ASC-nin müflis olması ilə bağlı bəzi xəbərlər yayılıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə