Azərbaycanda sənaye məhsullarının istehsalçı qiyməti dəyişməyib STATİSTİKA
Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1% artıb, emal sənayesi üzrə isə 0,4% aşağı düşüb.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 3,0%, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 5,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,8%, tütün məmulatlarının istehsalı üzrə 0,9%, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8%, tikinti məmulatlarının istehsalı üzrə 0,4%, geyim istehsalı üzrə 0,3%, əczaçılıq məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2% ucuzlaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,6%, toxuculuq sənayesi üzrə 3,0%, metallurgiya sənayesi üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 1,2%, maşın və avadanlıqların istehsalı üzrə 1,1%, kimya sənayesi üzrə 1,0%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,7% bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB