Vüqar Bayramov: "Düzgün iqtisadi siyasət region iqtisadiyyatının 76 %-nin Azərbaycanda formalaşmasına gətirib çıxardı"
"Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) son 20 ildə 57 dəfə artıb. Əgər 1993-cü ildə ölkəmizdə cəmi 1.3 milyard dollar ÜDM istehsal olunubsa, ötən ilin yekunlarında bu göstərici 73.5 milyard dollaradək yüksəlib". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəlikdən sonra ölkə iqtisadiyyatında baş verən inkişafı xarakterizə edərkən bildirib.
Onun sözlərinə görə, 20 il öncə adam başına düşən ÜDM cəmi 180 dollar olubsa indi bu rəqəm 10 min dollardan artıqdır. Vüqar Bayramov bildirib ki, keçmiş SSRİ-nin süqutundan sonra ölkə iqtisadiyyatında müşahidə edilən böhranı o zaman əsası qoyulan dayanıqlı iqtisadi siyasət nəticəsində aradan qaldırmaq mümkün olub: "1993-cü ildə büdcə gəlirləri cəmi 200 milyon manat idisə, son 20 ildə bu göstərici 20 milyard manatadək yüksəlib. Praktik olaraq MDB heç bir ölkəsində büdcə gəlirlərində belə kəskin artım qeydə alınmayıb. 20 il öncə Azərbaycanda sosial müdafiə xərcləri cəmi 58 milyon manat olubsa, hazırda bu rəqəm 7 milyard manatdan çoxdur".
İqtisadçı-alim əlavə edib ki, əsası 1994-cü ildə əsası qoyulan düzgün enerji strategiyası Azərbaycanın yalnız karbohidrogen hasilatını artırmayıb, bu, eyni zamanda regionda aparıcı dövlətə çevrilməsinə imkan yaradıb: "Əgər 1994-cü ildə neft istehsalı 9.5 milyon ton idisə, bu göstərici enerji strategiyası reallaşması nəticəsində sonradan 51 milyon tonadək yüksəlib. Aparılan düzgün iqtisadi siyasət və enerji strategiyası Cənubi Qafqaz iqtisadiyyatının 76 faizinin Azərbaycanda formalaşmasına gətirib çıxarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB