Heydər Əsədov Beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşün məqsədi "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsinə dair beynəlxalq donor təşkilatların təqdim etdiyi ümumiləşdirilmiş rəyin müzakirəsi olub.
Nazir işrirakçıları səmimi salamlayaraq göstərdikləri köməyə görə təşəkkürünü bildirib və bu sənədə böyük önəm verdiyini qeyd edib. Artıq subsidiyaların verilməsində şəffaflığın təmin olunması üzrə müəyyən işlərin görüldüyünü, texnika və gübrə ilə təminatında müəyyən güzəştlərin yaxın günlərdə olacağını bildirib. Nazir Heydər Əsədov aqrar sənayedə kompleks qiymətləndirmənin aparılmasını və gələcək istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini bildirib. Hazırlanan bu siyasi sənəd əsasında gələcək fəaliyyət sənədinin hazırlanmasını nəzərə çatdırıb.
Çıxış edən Avropa İttifaqı, FAO, Dünya Bankı, Oxfam, USAİD, İFC və SECO-nun nümayəndələri təqdim olunmuş sənədin bölmələri üzrə təhlillər apardıqlarını, aqrar-sənaye kompleksinin inkişafı strategiyası sənədinin daha da mükəmməlləşməsi üçün öz tövsiyələrini bildiriblər.
Nazir Heydər Əsədov qeyd onunan tövsiyələri nəzərə almaqla sənədin yenidən işlənməsini, qısa zamanda bir daha müzakirə olunmasını nəzərə çatdırıb və öz məsləhət və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB