Britaniyanın “Energy Global” portalında Azərbaycan enerjisindən bəhs edən məqalə yerləşdirilib

Britaniyanın “Energy Global” portalında Azərbaycan enerjisindən bəhs edən məqalə yerləşdirilib

Böyük Britaniyanın beynəlxalq neft və qaz sənayesi üçün aparıcı "Energy Global" internet portalında Azərbaycan, Türkiyə və Rumıniyanın enerji sahəsindəki əməkdaşlığından bəhs edən məqalə yerləşdirilib.

SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimova istinadla yayımlanan xəbərdə üç ölkə arasındakı əməkdaşlığın Xəzər dənizi və Qara dəniz bölgələrində enerji təhlükəsizliyini daha da gücləndirəcəyi diqqətə çatdırılıb. TAP, TANAP və digər iri layihələrin reallaşdırılması ilə üç ölkə arasında əhəmiyyətli iqtisadi əsas yaranacağı vurğulanıb.

Yazıda, həmçinin "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdıracaq yeni kəmər - TAP layihəsindən bəhs edilib. Xəzər dənizindən hasil olan təbii qazın TAP kəməri ilə Yunanıstan və Albaniya ərazisindən keçməklə, Adriatik dənizindən İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çıxarılacağı qeyd olunub. Bildirilib ki, tikintisinə 2015-ci ildə başlanılacaq kəmərin illik gücü 10 milyard kubmetr qaz olacaq. Gələcəkdə kəmərin Balkan ölkələrinə qədər uzadılması, eləcə də AGRİ layihəsinin reallaşdırılması Azərbaycan qazının Rumıniya və Mərkəzi Avropa ölkələrinə nəqlinə imkan verəcək.

Məqalədə, həmçinin ARDNŞ-in Rumıniya nümayəndəliyinin fəaliyyətindən də bəhs edilib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.energyglobal.com/news/pipelines/articles/Azerbaijan_Turkey_and_Romania_cooperate_to_ensure_energy_security.aspx#.U2A_N_ldXZ1

Bütün xəbərlər Facebook səhifəmizdə