Benzinin qiyməti bahalaşdı

İranda ötən gün axşam saatlarından etibarən benzinin qiyməti bahalaşıb. SİA fars mətbuatına istinadən xəbər verir ki, bezinin qiyməti 0,16 ABŞ dollarından 0,28 ABŞ dollarına qalxıb. Buna səbəb isə ölkə hökumətinin benzinə olan dövlət subsidiyalarını ləğv etməsidir.

Qeyd edək ki, neft ölkələrindən biri hesab olunan İran əhalisinə təklif etdiyi benzinin qiymətinin ucuz olması ilə dünyada birinci yerdədir. Qiyməti qalxsa belə, hələ də İran benzini dünyada ən ucuz benzinlərdən biri olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə