Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq FOTO
Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonundan keçən hissəsi bağlanacaq. Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində üst aşınma layının qoyulması ilə əlaqədar 48-ci km-dən 56-cı km-ə qədər hissə aprelin 25-dən 28-dək bağlanacaq.
P.Mürsəliyev qeyd edib ki, magistral yolda alternativ yolu göstərən nişanlar qoyulacaq. Ona görə də sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB