Ziyad Səmədzadə: "Hazırda ölkəmizdə daxili investisiyaların 75%-i Azərbaycanın özünə məxsusdur"

Ziyad Səmədzadə: "Hazırda ölkəmizdə daxili investisiyaların 75%-i Azərbaycanın özünə məxsusdur"

"Azərbaycan dinamik inkişaf edən ölkədir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesabatları göstərir ki, dünyada yaşanan iqtisadi böhran Azərbaycana çox az təsir göstərib". SİA-nın xəbərinə görə, Milli Məclisin İqdisadi-siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bu gün Bakıda keçirilən I Xəzər Enerji Forumunda çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, müəyyən müddət ərzində Azərbaycanın iqtisadiyyatı üçün fundamental əsaslar yaranıb: "Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumi daxili məhsulu 42 % azalmışdı. 1990-2000-ci illərin əvvəllərində ölkəmiz börc alan dövlət idi. Lakin bu gün Azərbaycan müstəqil iqtisadi siyasət yürüdərək borc alan ölkədən borc verən ölkəyə çevrilib. Ölkəmiz müstəilliyini qoyurub saxlamaqla nəqliyyat sektoru ilə vasitəsilə xarici ölkələrlə əlaqələr saxlaya bilir. Azərbaycan kapital tutumlu neft sektorunu inkişaf etdirməklə öz iqtisadiyyatını formalaşdırdı. Ölkəmiz neft sektorunun hesabına iqtisadiyyatın digər sahəərini inkişaf etdirdi, qeyri-neft sektorunun inkişafı üçün imkanlar qazandı. Düünürəm ki, bu sahədə Azərbaycanın böyük uğurları var. Yeni iş yerlərinin açılması, orta aylıq əməkhaqqının artırılması Azərbaycanın Respublika kimi formalaşmış imicinə böyük təsir edir".

Millət vəkili bildirib ki, dövlət milli iqtisadiyyatını inkişaf etdirmədən öz iqtisadi maraqlarını qoruya bilməz: "Bu gün Azərbaycan milli iqtisadiyyatını inkişaf etdirməklə beynəlxalq arenaya çıxış yolunu qazanıb, iqtisadi maraqlarını təmin edib. Hazırda ölkəmizdə daxili investisiyaların 75%-i Azərbaycanın özünə məxsusdur. Bundan sonra ölkədə orta sahibkarlığı inkişaf etdirmək üçün ona mane olan amilləri aradan qaldırmalıyıq. İqtisadiyyatın inkişafı üçün orta ixtisaslı kadrlara ehtiyacımız var. Ölkəmiz yüngülsənayeni, maşınqayırmanın bir sıra sahələrini inkişaf etdirməlidir. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan qlobal aləmdə özünün rəqabət qabiliyyətini, Avropanın enerji təhlikəsizliyində rolunu, neft siyasətində beynəlxalq aləmdə nufuzunu artırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə