İlkin əlillik təyin olunan vətəndaşların sayı 5.5 faiz azalıb
Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik təyin olunan vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalaraq 7330 nəfərə enib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin vətəndaşların da böyük bir qismini ötən ildən ilkin əlillik təyin olunan, lakin bununla bağlı müvafiq müayinə aktından çıxarışları gecikdirilmiş şəxslər təşkil edib.
Yaradılan işçi qrupları tərəfindən belə şəxslərin əlillik müayinəsi işləri yerindəcə bir daha araşdırılıb. Araşdırma nəticəsində əlillik təyinatları təsdiq edilənlər müvafiq müayinə aktından çıxarışlarla təmin olunublar.
Bununla yanaşı, cari ilin ilk rübündə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 3,3 faizədək, hissəvi reabilitasiya göstəricisi 2 dəfəyədək yüksəlib. Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı isə 9,4 faiz azalaraq 5496-a enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB