Fransada nəşr olunan "Obyektiv" qəzetinin 90 və 91-ci nömrələrində Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovla həmmüəllif olduğu "Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu" sərlövhəli məqalə dərc edilib.
SİA-nın AzərTAca istinadən verdiyi xəbərə görə, məqalədə Azərbaycanda neft və qaz sənayesinin inkişaf tarixindən, müstəqillik illərində bu sahədə qazanılan uğurlardan ətraflı söhbət açılıb. Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirib. Bu siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Azərbaycan Prezidenti İlham Əliyev bu strategiyanı yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir, neft və qaz gəlirləri ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilir.
Məqalədə Avropa İttifaqının Cənubi Qafqaz bölgəsində davamlı sabitliyə nail olmaq üçün səylərini daha da gücləndirməsinin vacibliyi xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB