İKT, informasiya və poçt sektorundakı gəlirlər 381 milyon manat təşkil edib
"2014-cü ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 % artaraq 381 milyon manat təşkil edib". SİA-nın xəbərinə görə, bunu Rabitə və Yüksək Texnologiyaları Nazirliyində 2014-cü ilin I rübünün yekunları ilə bağlı keçirilən kollegiya iclasında çıxışı zamanı Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov deyib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 13,1 %, İT sektorunda 23,6 %, poçt sektorunda 6 %, informasiya sektorunda isə 23,8 % təşkil edəcək: "İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,3 %-I qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,3 %-I mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sector üzrə real artım tempi 7,8 % təşkil edib".
Aparat rəhbəri onu da qeyd edib ki, 2014-cü ilin I rübündə ölkə üzrə ÜDM-nin həcmi 13,15 mlrd. Manta, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi isə 2,5 % təşkil edib: "İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 % təşkil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB