Heydər Əliyev prospektində yolların xətlənmə və təmizlənmə işləri davam edir FOTOLAR

Heydər Əliyev prospektində yolların xətlənmə və təmizlənmə işləri davam edir FOTOLAR

"Heydər Əliyev prospektində yolların xətlənmə və təmizlənmə prosesi davam edir. Bir gün əvvəl əsas yolda, dünən isə köməkçi yolda xətt bağlanmışdı. Əsas yolda artıq xətlənmə prosesi bitib". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, dünən adıçəkilən ərazidə yolun xüsusi maşınlarla həm tozdan təmizlənməsi, həm də hərəkət hissəsinin üfiqi nişanlanması işləri həyata keçirilib: "Yol bu gün nəqliyyat vasitələrinin hərəkəti üçün açılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə