"Bu gün Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə yeni dəmir yolunun qoyuluşuna başlanılıb". Bu barədə SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun deyib.
Onun sözlərinə görə, 1900 metrlik yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə, Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edəcək: "Səhər tezdən start götürən təmir işləri üç gün davam edəcək. Artıq 400 metr yeni yol qoyulub. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir".
Nadir Əzəmmədov bildirib ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üzün Salahlı - Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunub: "Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208, 44 metrdir. Yol qoyuluşu başa çatandan sonra körpü tam istismara veriləcək. Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB