Sərnişindaşıma tarifləri bahalaşıb

Sərnişindaşıma tarifləri bahalaşıb

2014-cü ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə