Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb.
Bu ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 min 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödənilməsinə nail olunub. Həmin vəsaitlərin 143 min 796 manatını əmək haqları, 7 min 277 manatını zərərə görə ödənclər, 2 min 879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB