Atatürk prospektindəki yerüstü piyada keçidi mayda açılacaq FOTO

Atatürk prospektindəki yerüstü piyada keçidi mayda açılacaq FOTO

Atatürk prospekti 47 ünvanında yerləşən yerüstü piyada keçidinin istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 80, eni 3,5, hündürlüyü isə 6,5 metr olan yerüstü piyada keçidinin tikintisi tamamlanmaq üzrədir: "Keçiddə hər tərəfdə iki olmaqla 4 eskalator quraşdırılacaq. Keçiddə işlərin 90%-i artıq yerinə yetirilib. Hazırda tavanın və elektrik sisteminin quraşdırılması işləri gedir. Bundan sonra döşəmə yanmış qranitlə üzlənəcək. Ondan sonra ətraf ərazi abadlaşdırılacaq. Çalışırıq ki, piyada keçidini may ayının sonu, iyun ayının əvvəllərində istifadəyə verək".

Bütün xəbərlər Facebook səhifəmizdə