"Cari ilin sonuna qədər Dövlət Proqramı çərçivəsində 30 yeni vaqonun alınması gözlənilir". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSM) mətbuat katibi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, alınacaq vaqonlar gələn il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq: "Hazırda vaqonların alınması istiqamətində danışıqlar gedir".
Qurum rəsmisi bildirib ki, paytaxtdan bölgələrə doğru hərəkət edən qatarların hərəkət sürətinin artırılması gözlənilir: "2015-ci ilə qədər dəmir yollarının təmiri işi aparılacaq, identifikasiya prosesi həyata keçiriləcək. Daha sonra qataraların hərəkət sürəti artırılacaq. Bununla da insanlar daha qısa müddətdə daha çox məsafə qət edə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB