WTI markalı neft bahalaşıb

Aprelin 9-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,04 dollar artaraq 1 barelə görə 103,6 dollar olub. SİA-nın məlumatına görə, aprelin 9-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar artaraq 107,98 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə