Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Caspian European Club-na (CEIBC) üzv olan şirkətlərin nümayəndələri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə çıxış edən Ramiz Həsənov deyib ki, standartlaşma və sertifikasiya işində Azərbaycan Avropa standartlarına cavab vermək üçün müəyyən siyasət yürüdür.
Onun sözlərinə görə, 2014-cü ilin Sənaye ili elan olunması ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə neft-kimya və enerji təhlükəsizliyi sahəsində yeni komitə yaradılıb: "Bu sahələr üzrə yeni standartların qəbulu nəzərdə tutulub. Eyni zamanda, ekologiya, yeni laboratoriyaların yaradılması, dövlət nəzarətinin həyata keçirilməsi işində yeni standartların qəbulu nəzərdə tutulub".
Daha sonra Caspian European Club tərəfindən Ramiz Həsənova kluba üzvlük sertifikatı təqdim olunub. Tədbir mətbuata qapalı şəkildə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB