308 təsərrüfat subyektinə məsul istehsalı və satışı qadağan olunub

308 təsərrüfat subyektinə məsul istehsalı və satışı qadağan olunub

"Komitənin dövlət nəzarəti xidmətinin ötən il apardığı yoxlamalar nəticəsində 1279 təsərrüfat subyektindən 689-na tələbnamə verilib". SİA xəbər verir ki, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, xidmət nəzarət zamanı 308 təsərrüfat subyektinə məsul istehsalını və satışını qadağan edib: "Bunlar əsasən çörək, qənnadı və un məmulatları, süd məhsulları və mebel istehsalı il məşğul olan təsərrüfat subyektləridir".

Bütün xəbərlər Facebook səhifəmizdə