Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib.
Onun sözlərinə görə, arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB