Cari ilin yanvar-mart aylarında ARDNŞ 33 777 metr qazma işi görüb

Cari ilin yanvar-mart aylarında ARDNŞ 33 777 metr qazma işi görüb

2014-cü ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 975 metr qazma işi həyata keçirib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu sahədə görülmüş işlərin 11 452 metri istismara, 523 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 33 777 metr qazma işi görülüb ki, bunun da 33 186 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə