Ramiz Həsənov: "Bizə "Halal" standartı ilə bağlı 9 sahibkar müraciət edib"

Ramiz Həsənov: "Bizə "Halal" standartı ilə bağlı 9 sahibkar müraciət edib"

"Halal" adı altında məhsul istehsal edən müəssisələrə markalanmadan "halal" sözünün çıxarılması ilə bağlı qərar qəbul ediləndən sonra 9 sahibkar tərəfindən bizə müraciət olunub". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum artıq 2 ilə yaxındır ki, "Halal" standartı ilə bağlı araşdırmalar aparır: "Ekspertlərimiz bu standartla əlaqədar beynəlxalq konfranslarda iştirak edirlər. Artıq 2 aydan çoxdur ki, mütəxəssislərimiz "Halal" adı altında məhsul istehsal edən müəssisələrdə araşdırma aparırlar. Hatta mütəxəssislərimiz bu standart üzrə sertifikat almağa iddialı olan müəssisələrin məhsullarının idxal olunduğu ölkələrdə də olublar. İdxal olunan bütün inqridientlər araşdırılıb. Nəticələr isə yaxın günlərdə məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə