45 çoxmərtəbəli binaya qaz verilişi təmin olunub

45 çoxmərtəbəli binaya qaz verilişi təmin olunub

2014-cü ilin yanvar-mart aylarında 45 çoxmərtəbəli binaya qaz verilişi təmin olunub. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurum çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, Birlik 2014-cü ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 45 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5565 mənzil var.

Bütün xəbərlər Facebook səhifəmizdə