ARDNŞ-də “Yer saatı” aksiyası keçirilib

ARDNŞ-də “Yer saatı” aksiyası keçirilib

"Yer saatı" aksiyası "Dünya Yabanı Təbiət Fondu" tərəfindən hər il martın sonuncu şənbə günü keçirilir. Aksiya zamanı dünyanın müxtəlif ölkələrində bir saat ərzində vacib olmayan sahələrdə işıqlar söndürülür. Aksiyanın keçirilməsində əsas məqsəd ehtiyatlara qənaət etməklə planetin ekologiyasını qorumağın vacibliyini göstərmək, iqlim dəyişmələri və onun nəticələri ilə əlaqədar dünya əhalisi arasında maarifləndirmə işi aparmaqdır.

ARDNŞ-də də bu aksiyaya ciddi diqqət yetirilib. Qurumdan SİA-ya verilən məlumata görə, martın 29-da saat 20.30-dan 21.30-dək şirkətin bir sıra müəssisə və təşkilatları enerjiyə qənaət məqsədi ilə vacib olmayan sahələrdə işıqları söndürərək aksiyanı dəstəkləyiblər.

Qeyd edək ki, "Yer saatı" aksiyasının əsası 2007-ci ildə Avstraliyanın Sidney şəhərində vacib olmayan sahələrdə elektrik avadanlıqlarının söndürülməsi ilə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə