Həbsxanadan çıxanlar üçün mərkəz tikilir

Həbsxanadan çıxanlar üçün mərkəz tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edəcək.

Bu məqsədlə Mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işləri görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə