Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 17:00-a qədər Böyükşor şosesinin "Koroğlu"metrosundan Sabunçu yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə hər iki istiqamətdə, qismən (2 zolaqda) məhdudiyyət qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB