"Babək prospekti və Telnov küçəsinin kəsişməsində yerləşən yeni piyada keçidinin tikintisini başa çatır. Keçidin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,3 metr olacaq. Keçidin dörd giriş-çıxışı olacaq". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib
Onun sözlərinə görə, hazırda 64 metr sahədə əsas tikinti işləri başa çatıb: "Mərmər üzlük daşı vurulub. Bir neçə gündən sonra qalan 24 metrin döşənmə işi aparılacaq. Ərazidə 80% kommunikasiya işləri görülüb. Keçidin təhvili bu il nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB