Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 19-da bəzi cənub və qərb rayonlarında az yağıntı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB