"Azərbaycan Prezidenti İlham Əliyev əlillərin və müharibə veteranlarının sosial müavinətlərinin artırılması haqqında müvafiq fərmanlar imzalayıb" Bunu SİA-ya açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib. Onun sözlərinə görə, insanların yaşayış vəziyyətini sosial –rifah halının yaxşılaşdırılmasına ehtiyac var: "Bunun nəticəsində belə bir fərman imzalanıb. Müharibə əlilləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. I qrup müharibə əlillərinə - 150 manat, II qrup müharibə əlillərinə - 130 manat, III qrup müharibə əlillərinə - 100 manat nəzərdə tutulub. Müharibə veterenlarına verilən müavinətin məbləği isə 45 manata çatdırılıb.Şəhid və milli qəhrəmanlar ailələrinin uşaqları təhsilli ödənişlərdən azaddırlar. Biz təşkilat olaraq çalışırıq ki, bu hal nəinki şəhid ailələrinə həm də müharibə veteranlarına şamil edilsin. Bundan başqa, əlil insanların işləyib, vəsait toplayaraq evlər alması qeyri-mümkündür. Bunu nəzərə alan dövlətimiz bu sahədə böyük işlər görür. Dövlət təmənnasız olaraq bu xidməti öz üzərinə götürərək, şəhid ailələrini, mənzillə təmin edir. Ailələrin böyüklüyünü nəzərə alaraq bu ildən müharibə əlillərinə və şəhid ailələrinə verilən mənzillər üç otaqlı olacaq. Hazırda Nizami rayonunda belə bir layihə nəzərdə tutulub. Qeyd edim ki, bu ildə müharibə əlilləri və şəhid ailələri üçün Azərbaycan istehsalı olan avtomobil veriləcək. Yeni avtomobillər xüsusi avtomat qurğu ilə qurulması nəzərdə tutulub".
Mehdi Mehdiyev onu da qeyd edib ki, Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin birgə komissiyası yaradılıb: "Səhiyyə sayəsində şəhid ailələri və müharibə əlilləri üçün güzəştlər edilir. Lakin bu sahədə müəyyən çatışmazlıqlarda özünü göstərməkdədir. Belə ki, tibbi sığortanın olmaması problemlərə gətirib çıxarır. Bu sahədə isə gələn ildən böyük işlərin görülməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə